| SORĞU |
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
|
|
| |
|
Tərəfdaşlarımız

Oksfam 14 təşkilatın birləşməsindən ibarət olub dünyanın 99 ölkəsində öz müttəfiqləri və tərəfdaşları ilə yoxsulluq və sosial ədalətsizliyin uzunmüddətli həlli yollarını axtarmaq yönündə fəaliyyət göstərən beynəlxalq konfederasiyadır. Oksfam bilavasitə icmalarla işləyir və yoxsul əhalinin həyat şəratinin yaxşılaşdırılması, onların öz həyatlarına təsir göstərəcək qərarların alınmasında iştirak edə bilməsi üçün səylər göstərir. Azərbaycanda Oksfamın əsas hədəfi sağlamlıq, insanların həyat şəraitnin yaxşılaşdırılması və idarəçilikdə şəffaflığının artırılmasıdır.

Açıq Cəmiyyət İnstitutu
Qrant verən və özəl təşkilat olan Açıq Cəmiyyət İnstitutu (ACİ) demokratik idarəçilik, insan haqları, iqtisadi, sosial və hüquqi islahatları dəstəkləyən ictimai siyasət formalaşdırmaq məqsədi güdür. Ölkə səviyyəsində isə, ACİ qanunun aliliyi, təhsil, ictimai səhiyyə və müstəqil medianı dəstəkləyən təşəbbüsləri əhatə edir. Eyni zamanda ACİ sərhədləri və qitələri keçən korrupsiya və hüquqların pozulması ilə mübarizə aparan alyanslar yaradılmasına fəaliyyət göstərir.
.
Regional Əməkdaşlıq Naminə Qara Dəniz Fondu
German Marshall Fondunun layihəsi
Regional Əməkdaşlıq Naminə Qara Dəniz Fondu Geniş Qara Dəniz Bölgəsində regional əməkdaşlığa və yaxşı idarəetməyə, idarəetmədə hesabatlılığa, şəffaflığa və açıqlığa, güclü və təsirli vətəndaş sektoruna, müstəqil və peşəkar mediaya dəstək verən təşkilatdır. Bölgədə sürətli dəyişikliyə ayaq uydurmaq üçün QDF öz məqsədlərinə daha səmərəli nail olmaq məqsədilə bölgənin ekspertləri ilə müntəzəm olaraq məsləhətləşir və özünün qrantyaradıcı strategiyasını gücləndirmək niyyətindədir. Bölgənin mürəkkəbliyini və müxtəlifliyini nəzərə alaraq QDF mütəmadi olaraq öz prioritetlərini yenidən nəzərdən keçirir və onları bölgənin dəyişən ehtiyacları ilə uzlaşdırmağa çalışır. Bu cür dəyişikliklər QDF-in Məşvərətçi Komissiyası, German Marshall Fondunun İdarələr və Daxili Ekspertiza üzrə Şəbəkəsi, həmçinin də regionda olan digər fəal donorlarla məsləhətləşmələr nəticəsində həyata keçirilir.
Qara Dəniz Əməkdaşlıaq Fondunun əsas dörd məqsədi aşağıdakılardır:
- Dövlət orqanlarına olan etimadı bərpa etmək;
- Vətəndaş iştirakçılığının demokratik proseslərdə əhəmiyyətini təsdiq eləmək;
- Dövlətlə cəmiyyət arasında körpü rolu oynayan təşkilatlar məcmusunu gücləndirmək;
- Dövlət, xüsusi və qeyri-kommersiya sahələrinin regional və xarici əlaqələrini genişləndirmək;
QDF-in əsas üç proqramı var: Vətəndaş İştirakçılığı, Transsərhəd Təşəbbüsləri və Şərq Əlaqələri.
|
| |
| ELANLAR |
Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı
region jurnalistləri üçün
yerli özünüidarə mövzusunda təlim keçirir.
Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. davamı
|
|
| EKSPERT RƏYİ |
80% расходов ЖЭУ идет на зарплату - |  |
|
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"
При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности
За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги. davamı |
Qanundankənar “JEK”lər - |  |
|
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti
Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı
Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir. davamı |
|
|
|