Ana səhifə Biz kimik Sual-Cavab Əlaqə
      

SORĞU
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
Normal
Belə sayta çoxdan ehtiyac var
Mənim üçün fərqi yoxdur





















Bələdiyyələrin birləşdirilməsi onların inkişafına nə verdi?

Dekabrın 10-da Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının (BİNA) təşkilatçılığı ilə “Bələdiyyələrin birləşdirilməsi onların inkişafına nə verdi?” mövzusunda dəyirmi masa keçirib.Dəyirmi masada bələdiyyə, QHT və media təmsilçiləri ilə yanaşı müstəqil ekspertlər də iştirak edib. Müzakirə olunan mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. 
davamı...



Bələdiyyələr birləşmədən sonra

"Bələdiyyələrin inkişafı naminə" QHT Alyansı bələdiyyələrin birləşmədən sonrakı vəziyyətinin tədqiqatını aparıb. Tədqiqatın məqsədi istər birləşmə prosesində, istərsə də birləşmədən sonra bələdiyyələrin fəaliyyətində aşkar olunan problemləri yaradan səbəbləri ortaya çıxarmaq və onların aradan qaldırılması üçün tövsiyələr verməkdir. Tədqiqat çərçivəsində müvafiq qanunvericilik aktları araşdırılıb, bələdiyyələr arasında sorğu və müsahibələr keçirilib. Bundan başqa Aran regionunda Bərdə, Tərtər, Ağcabədi və Yevlax rayonlarını təmsil edən 30-a qədər birləşmiş bələdiyyənin təmsilçiləri ilə dəyirmi masa keçirilib.


davamı...



AZƏRBAYCANDA YERLİ ÖZÜNÜİDARƏNİN MÖVCUD VƏZİYYƏTİ İLƏ BAĞLI RƏY

Azərbaycan cəmiyyətində yerli özünüidarə sisteminin mövcud vəziyyətinə münasibəti ifadə edən müxtəlif yanaşmalar var. Qərar qəbuletmə səlahiyyətinə malik rəsmi qurumlar yerli özünüidarə sahəsində bir sıra problemlərin mövcudluğunu etiraf etməklə yanaşı, bələdiyyə sisteminin inkişafda olduğunu bildirirlər. Lakin bir sıra müstəqil ekspertlər və vətəndaş cəmiyyəti institutları, o cümlədən bu rəyin müəllifləri isə hesab edir ki, yerli özünüidarə sahəsində əhəmiyyətli tərəqqi əldə olunmayıb və ciddi islahatlara ehtiyac var. Çünki yerli özünüidarə qurumları olan bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərmələrinə baxmayaraq hələ də yerli əhəmiyyətli problemləri həll etmək və əhaliyə keyfiyyətli ictimai xidmətlər təklif etmək imkanından məhrumdurlar. 

davamı...



“Azərbaycan bələdiyyələri 10 ildən sonra: reallıqlar və perspektivlər”

“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı bu mövzuda konfrans keçirib

Aprelin 9-da “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının və Aran Regional İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan bələdiyyələri 10 ildən sonra: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda dövlət orqanlarının, bələdiyyələrin, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak edib.
davamı...



Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti

Alyans bununla bağlı Rəy hazırlayıb

İndiyə qədər yerli özünüidarə sisteminin fəaliyyəti və öhdəliklərin icrası ilə bağlı ayrıayrı təşkilatlar tərəfindən müxtəlif hesabatlar və rəylər hazırlanıb. Bunların sırasında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2003-cü ildə hazırladığı hesabat və 126 saylı tövsiyə xüsusi yer tutur. Lakin 2003-cü ildən sonra Konqres monitorinq aparmayıb. Milli qeyri-hökumət təşkilatlarına gəlincə, “Mülki cəmiyyətə doğru” Mərkəzi, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi, “Vətəndaş cəmiyyəti uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi, Aran Humanitar Regional İnkişaf İctimai Birliyi və s. təşkilatlar tərəfindən ayrı-ayrı vaxtlarda yerli özünüidarə ilə bağlı rəy və təklifləri özündə əks etdirən müxtəlif sənədlər tərtib edilərək hökumətə təqdim edilib. Lakin hələ indiyə qədər yerli özünüidarə ilə bağlı vətəndaş cəmiyyətinin ortaq mövqeyini əks etdirən vahid sənəd ictimaiyyətə təqdim olunmayıb.
davamı...



Yerli özünüidarənin mövcud vəziyyəti və inkişaf istiqamətləri

Alyans bu mövzuda konfrans keçirib
Aprelin 24-də “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansı “Yerli özünüidarənin mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda konfrans keçirib. Konfransda müvafiq dövlət orqanlarının, bələdiyyələrin milli assosiasiyalarının, beynəlxalq təşkilatların, bələdiyyələrin, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak ediblər.
davamı...



“Bələdiyyələrin böyüdülməsi mexanizmləri” mövzusunda dəyirmi masa keçirildi

Noyabrın 27-də kaspian Plazanın konfrans zalında “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansı “Bələdiyyələrin böyüdülməsi mexanizmləri” mövzusunda dəyirmi masa keçirdi. Tədbirdə dövlət orqanlarının, bələdiyyələrin, bələdiyyələrin milli assosiasiyalarının, beynəlxalq təşkilatların təmsilçiləri, QHT və KİV nümayəndələri, müstəqil ekspertlər və s. iştirak edib.
davamı...



«Yerli büdcələrin transfertləri: mövcud vəziyyət və yeni mexanizmlər» mövzusunda dəyirmi masa keçirib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi fevralın 16-da Azərbaycan Media Mərkəzinin konfrans zalında «Yerli büdcələrin transfertləri: mövcud vəziyyət və yeni mexanizmlər» mövzusunda dəyirmi masa keçirib. Tədbir Oxfam GB və İCCO təşkilatlarının dəstəyi ilə həyata keçirilən
davamı...



“Bələdiyyə sədrinin seçilməsinin mövcud mexanizmi və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda siyasət sənədi hazırlanıb

Mülki Cəmiyyətə Doğru Mərkəzi “Bələdiyyə sədrinin seçilməsinin mövcud mexanizmi və onun təkmilləşdirilməsi istiqamətləri” mövzusunda siyasət sənədi işləyib hazırlayıb. Siyasət sənədi Azərbaycanda yerli özünüidarənin bələdiyyə sədri kimi mühüm icra orqanının formalaşdırılması mexanizmlərindən bəhs edir
davamı...



<<  <  6 7 8 9  >  >>
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

region jurnalistləri üçün

yerli özünüidarə mövzusunda təlim keçirir.

Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

davamı


EKSPERT RƏYİ
Müstəmləkə arqumentləri
-
Rövşən AĞAYEV, İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini

Hakimiyyət uzun illərdir Bakıda seçkili mer institutunun yaradılması müzakirələrindən yayınır. Baxmayaraq ki, hələ 2003-cü ilin mayında Avropa Şurasının (AŞ) hökumətə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında” tövsiyə sənədində Bakı şəhərini dövlətin icra orqanlarının idarə etdiyi, amma bu funksiyaları sakinlərin səsi ilə formalaşan şuraya verilməsinin vacibliyi xüsusi vurğulanırdı.
davamı

80% расходов ЖЭУ идет на зарплату
-
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"

При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности

За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги.

davamı

Qanundankənar “JEK”lər
-
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.
davamı