Ana səhifə Biz kimik Sual-Cavab Əlaqə
      

SORĞU
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
Normal
Belə sayta çoxdan ehtiyac var
Mənim üçün fərqi yoxdur





















Status əvəzinə maaş…

Bələdiyyə işçilərinin bir hissəsinə məvacib veriləcək

Milli Məclisin son iclasında “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilib. Dəyişiklikdən sonra bələdiyyələr beynəlxalq əlaqələr qurmaq hüququ əldə edib. Digər dəyişikliyə görə öz səlahiyyətlərini daimi əsaslarla icra edən bələdiyyə üzvləri bələdiyyə büdcəsindən məvacib ala biləcək. 5-7 üzvü olan bələdiyyələrdə 2 üzv, 9-11 üzvü olan bələdiyyədə 3 üzv, 13-15 üzvü olan bələdiyyədə 4 üzv, 17-19 üzvü olan bələdiyyədə 5 üzv bələdiyyə büdcəsindən məvacib ala bilər. Məvacib alacaq işçilərə elmi və pedaqoji fəaliyyətdən başqa vəzifə tutmaq qadağan olunub.


davamı...



Mərkəzi Aran regionunda bələdiyyə müəssisələri getdikcə artır

Aran təşkilatı bələdiyyə müəssisələri üçün təcrübə mübadiləsi keçirib

Aran Humanitar Regional İnkişaf İctimai Birliyi oktyabrın 26-da Bərdə rayonunda “Bələdiyyə MMC təcrübəsinin inkişafı” adlı təcrübə mübadiləsi konfransı keçirib. “İctimai xidmətlərin (təmiz su təhcizatı) çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında iyirmi bələdiyyənin texniki və bilik imkanlarının artırılması” layihəsi çərçivəsində təşkil olunmuş tədbirə Bərdə, Ağcfbədi və Tərtər rayonlarını təmsil edən 20 bələdiyyə qatılıb.

davamı...



“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilib

Milli Məclis “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edib. APA-nın xəbərinə görə, qanun layihəsi barədə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib. Dəyişiklik əsasında bələdiyyələr beynəlxalq əlaqələr qurmaq hüququ əldə edib. Başqa bir dəyişikliklə öz səlahiyyətlərini daimi əsaslarla icra edən bələdiyyə üzvləri bələdiyyə büdcəsindən məvacib ala biləcəklər. Onlara elmi və pedaqoji fəaliyyətdən başqa vəzifə tutmaq qadağan olunur. 5-7 üzvü olan bələdiyyələrdə 2 üzv, 9-11 üzvü olan bələdiyyədə 3 üzv, 13-15 üzvü olan bələdiyyədə 4 üzv, 17-19 üzvü olan bələdiyyədə 5 üzv bələdiyyə büdcəsindən məvacib ala bilər.

davamı...



Tahir Rzayev: «Bələdiyyələrin hesabatı haqqında» qanun layihəsi yaxın aylarda müzakirə üçün hazır olacaq

«Bələdiyyələrin hesabatı haqqında» qanun layihəsi izərində iş davam etdirilir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bu barədə mətbuata açıqlamasında bildirib.


davamı...



Sənədsiz evlərin qeydiyyatı düyünə salınıb

Ekspert: “Hökumət mexanizm hazırlamaqda və evləri qeydiyyata almaqda maraqlı deyil”

“İlin əvvəlində dövlət başçısı sənədsiz evlərə sənəd veriləcəyini bildirmişdi. Yeddi aydır ki, dövlət qurumlarının qapısında qalmışam, evimi sənədləşdirə bilmirəm. Əvvəl gözləməyi məsləhət görürdülər, indi isə deyirlər ki, mümkün deyil”. İllərdir ki, Bakının Suraxanı rayonunda sənədsiz evdə yaşayan Xudat kişi evi üçün sənəd ala bilməməsindən şikayətlənir. Onun sözlərinə görə, nə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsi, nə bələdiyyə, nə də MİS-lər onun probleminin həll olunacağını bildirmir.


davamı...



Azərbaycan bələdiyyələri borc qiymətli kağizlar buraxmağa hazir deyil

1999-cu ildən yaradılan Azərbaycan bələdiyyələri borc qiymətli kağızlar buraxmaqla investorlardan vəsait almağa hazır deyil. Qanunvericilik onlara bələdiyyə istiqrazları buraxmağa icazə verir.


davamı...



Azərbaycan-Gürcüstan: Bələdiyyələrin müqayisəsi

Avropa Xartiyasının tövsiyələrindən çoxu kağız üzərindədir


Dekabrın 12-də Azərbaycanda bələdiyyələrin yerli özünüidarə orqanları kimi formalaşmasının on ikinci ili olacaq. 1999-cu ildən 2009-cu ildəki bələdiyyə seçkilərinədək ölkədə 2 min 754 bələdiyyə fəaliyyət göstərirdi. Bu seçkilər ərəfəsində kiçik bələdiyyələrin birləşdirilməsi prosesi aparıldı və hazırda ölkədə 1718 bələdiyyə fəaliyyət göstərir.

davamı...



Mingəçevirdə qadınların bələdiyyələrdə iştirakçılıq imkanları müzakirələr edilib

Avrasiya Əməkdaşlıq Fondunun (AƏF) “Bələdiyyə xidmətində şəffaflıq” Proqramı çərçivəsində Kanada Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yerli özünüidarədə qadın iştirakçılığının gücləndirilməsi” layihəsinin icrası davam edir. Layihə çərçivəsində növbəti tədbir Mingəçevir bələdiyyəsində keçirilib.

davamı...



“Bələdiyyə bələdiyyə olsa, seçki də seçki olar”

Noyabrın 30-da 330 bələdiyyəyə seçki keçiriləcək. 464 nəfər bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Ancaq seçki kampaniyası o qədər də fəal getmir, aparıcı partiyalar prosesə maraq göstərmir. Niyə belədir? “Media forum” saytı sualı bələdiyyə məsələləri üzrə ekspert Samir Əliyevə ünvanlayıb.

davamı...



Əmlak vergisi: kim qiymətləndirməli, kim yığmalıdır?

Ekspertlər qanunlardan, bələdiyyələr isə problemlərdən danışır...

Ölkə vətəndaşlarının qarşılaşdığı problemlərdən biri də vergi məsələlərilə bağlıdır. Bu xüsusda daha çox diqqət çəkən məqam isə əmlak vergisinin yığılması mexanizmlərinin qeyri-müəyyən olmasıdır. Həm ölkə mətbuatında yazılanlara, həm də ayrı-ayrı vətəndaşlardan alınan məlumatlara əsaslanıb deyə bilərik ki, əmlak vergisi və onun yığılması ətrafında ciddi narahatlıq yaradan vəziyyət hökm sürür. Hətta qanundan kənar fəaliyyət nümunələrinin mövcudluğuna dair konkret iddialar da var. Məsələn, qanunvericiliyə görə, bələdiyyələrin yığmalı olduğu əmlak vergisini bəzi hallarda Mənzil İstismar Sahələrinin("JEK") əməkdaşları toplayır. Belə məlumatlar var ki, bələdiyyələr sözügedən verginin toplanması məqsədilə MİS-lərlə müqavilələr bağlayır ki, bunun da əsasında vətəndaşlardan, müəyyən kommunal ödənişlərlə yanaşı, əmlak vergisinin ödənilməsi də tələb olunur.
davamı...



<<  <  1 2 3 4 5  >  >>
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

region jurnalistləri üçün

yerli özünüidarə mövzusunda təlim keçirir.

Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

davamı


EKSPERT RƏYİ
Müstəmləkə arqumentləri
-
Rövşən AĞAYEV, İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini

Hakimiyyət uzun illərdir Bakıda seçkili mer institutunun yaradılması müzakirələrindən yayınır. Baxmayaraq ki, hələ 2003-cü ilin mayında Avropa Şurasının (AŞ) hökumətə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında” tövsiyə sənədində Bakı şəhərini dövlətin icra orqanlarının idarə etdiyi, amma bu funksiyaları sakinlərin səsi ilə formalaşan şuraya verilməsinin vacibliyi xüsusi vurğulanırdı.
davamı

80% расходов ЖЭУ идет на зарплату
-
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"

При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности

За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги.

davamı

Qanundankənar “JEK”lər
-
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.
davamı