Ana səhifə Biz kimik Sual-Cavab Əlaqə
      

SORĞU
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
Normal
Belə sayta çoxdan ehtiyac var
Mənim üçün fərqi yoxdur





















Имущественное состояние большинства муниципалитетов оставляет желать лучшего

Уже 12 лет как принят закон "О предоставлении имущества в собственность муниципалитетов", но его исполнение задерживается

Еще 7 декабря 1999 года Милли меджлис принял закон "О предоставлении имущества в собственность муниципалитетов". Этот небольшой закон, состоящий всего из шести статей, помимо всего прочего предусматривает создание муниципального имущества по нескольким каналам. Среди них имущество, предоставленное в собственность муниципалитетов, образованное в результате деятельности местного органа самоуправления, добровольно предоставленное имущество и прочее. В документе указывается, что, по правилам, в собственность муниципалитетов предоставляются жилищно-коммунальные, социальные и культурные объекты, а также объекты, находящиеся в общем пользовании населения, и прочее госимущество, необходимое для выполнения полномочий местных органов самоуправления.
davamı...



Parlament havayı əziyyət çəkib?!

Bələdiyyə qanunvericiliyinə edilən dəyişikliklərdən gözləntilər ürəkaçan deyil

Parlamentin payız sessiyası çərçivəsində bələdiyyələrlə bağlı yeddi qanuna dəyişiklik edildi. Söhbət bələdiyyələrin statusu; bələdiyyələrin maliyyələşməsinin əsasları; bələdiyyə qulluğu; bələdiyyə torpaqlarının idarə edilməsi; bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət; bələdiyyələrin daimi və başqa komissiyaları haqqında əsasnamənin təsdiq edilməsi; bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında qanunlardan gedir.


davamı...



Azərbaycanda yerli özünüidarənin institusional problemləri müzakirə olunub

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı Milli Forum keçirib

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı (BİNA) ötən dövr ərzində ölkəmizdə yerli özünüidarənin inkişafı üçün yaradılmış qanunvericilik bazasının və formalaşmış bələdiyyə institutunun fəaliyyət çərçivələrinin Avropa Xartiyasının prinsip və tələblərinə uyğunluğunun monitorinqini və qiymətləndirilməsini həyata keçirib və bunun əsasında Hesabat hazırlayıb. Hesabatın ictimaiyyətə təqdim edilməsi və müzakirəsi üçün Alyans 2011-ci il dekabrın 19-da “Azərbaycanda yerli özünüidarənin institusional problemlərinin ictimai müzakirəsinə həsr edilmiş Milli Forum” təşkil edib.


davamı...



BİNA Azərbaycanda bələdiyyə institutunun təşkili və fəaliyyətinin Avropa Xartiyasinin prinsip və tələblərinə uyğunluğunun qiymətləndirilməsi üzrə monitorinq hesabatı hazırlayıb

Azərbaycan 2001-ci ilin dekabrında Yerli Özünüidarə haqqında Xartiyaya qoşulmaqla ölkədə yerli özünüidarənin inkişafı ilə bağlı öz üzərinə bir sıra öhdəliklər götürüb.  Ötən dövr ərzində ölkəmizdə yerli özünüidarənin formalaşması və inkişafının qanunvericilik bazasının yaradılması istiqamətində bie sıra qanunlar və digər normativ aktlar qəbul edilib, 3 dəfə bələdiyyə seçkiləri keçirilib, habelə bələdiyyə institutunun praktik formalaşması və inkişafı istiqamətində addımlar atılıb.
davamı...



Bələdiyyədən yazan jurnalistlər üçün treninq

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı dekabrın 15-də Azərbaycan Media Mərkəzində yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün təlim keçirib. Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyıb.


davamı...



Zaqatala və Salyanda yerli büdcə dinləmələri keçirilib

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) “Bələdiyyə xidmətində şəffaflıq” Proqramı çərçivəsində əməkdaşlıq etdiyi bələdiyyələrə ictimai dinləmələrin səmərəli təşkili ilə bağlı göstərdiyi metodoloji dəstəyi davam etdirir. Lənkəran bələdiyyəsindən sonra Salyan və Zaqatala bələdiyyələrində də 2012-ci ilin büdcə layihələrinin ictimai müzakirələri keçirilib.


davamı...



Bələdiyyələrin başağrısı - dotasiya

Yerli özünüidarəetmə qurumları ən yaxşı halda onlara çatası vəsaitin yarısını alır

2012-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirələri zamanı bələdiyyələrə ayrılan dotasiyanın həcminin 3,5 milyondan 5 milyon manatadək artırılması məqbul sayıldı. Bununla da, 2007-ci ildən bəri ilk dəfə yerli özünü idarəetmə orqanlarına ayrılan dotasiyanın məbləği xeyli artdı. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bələdiyyələrə dotasiyanın artırılmasını müsbət dəyərləndirir. Bələdiyyələr 11 ildir fəaliyyət göstərir və onlara indiyədək ən çox dotasiya 2002-ci ildə ayrılıb. Həmin il büdcədən bələdiyyələrə 5 milyon manat ayrılmışdı.


davamı...



Dövlət büdcəsindən bələdiyyələrə ayrılıan dotasiyaların həcmi 1,5 milyon manat artırıldı

Milli Məclisin dekabrın 6-da keçirilən iclasında 2012-ci ilin dövlət büdcəsi qəbul olunub. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsi zərfinə daxil olan sənədlər deputatların təkliflərindən sonra ətraflı müzakirə olunub.  Ümumilikdə büdcənin xərclər hissəsi 87,6 milyon manat və ya 0,5% artırılaraq 17 milyard 072 milyon manata çatdırılıb.


davamı...



Bakının dərdi var...

Paytaxtın Böyük Bələdiyyəsi niyə hələ də yoxdur, qəbulu gözlənilən qanun layihəsi şəhər və onun sakinlərinə nə vəd edir?

Ötən həftə “Yeni Müsavat” Prezident Administrasiyasından Milli Məclisə daxil olan və hələlik məxfi saxlanılan bir qanun layihəsi barədə geniş məlumat verdi. Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması ilə bağlı layihə ilk baxışda oxucuya çox şey deməsə də, oradakı bir çox məqamlar paytaxt sakinlərinin gələcək həyatı üçün böyük əhəmiyyət daşıyır. Paytaxtın idarə edilməsi, sakinlərin sosial problemlərinin həlli kimi elementar məsələlərdən başlayıb, milyonlarla, milyardlarla vəsaitin yön dəyişdirməsinə qədər...


davamı...



"Города состоят не из домов и улиц, а из людей и их надежд"

Изречение Августина Блаженного актуально и для Баку

Признаться, у многих все еще наблюдается недостаток культуры исправного платежа налогов (в данном случае речь идет о коммунальных взиманиях), а с другой - явный избыток опыта обманутых граждан, накопившегося по мере укрепления синдрома недоверия среди населения к системе коммунального налогообложения. Уж больно часто сталкивались мы с тем, как с граждан либо "сдирали" лишнее за использование коммунальных услуг, либо вообще обворовывали не в пользу госказны, а прямиком в свой карман.


davamı...



<<  <  1 2 3 4 5  >  >>
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

region jurnalistləri üçün

yerli özünüidarə mövzusunda təlim keçirir.

Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

davamı


EKSPERT RƏYİ
Müstəmləkə arqumentləri
-
Rövşən AĞAYEV, İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini

Hakimiyyət uzun illərdir Bakıda seçkili mer institutunun yaradılması müzakirələrindən yayınır. Baxmayaraq ki, hələ 2003-cü ilin mayında Avropa Şurasının (AŞ) hökumətə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında” tövsiyə sənədində Bakı şəhərini dövlətin icra orqanlarının idarə etdiyi, amma bu funksiyaları sakinlərin səsi ilə formalaşan şuraya verilməsinin vacibliyi xüsusi vurğulanırdı.
davamı

80% расходов ЖЭУ идет на зарплату
-
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"

При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности

За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги.

davamı

Qanundankənar “JEK”lər
-
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.
davamı