| SORĞU |
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
|
|
| |
Milli Məclisin yaz sessiyasında “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsinin müzakirəsi planlaşdırılır
Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda 2011-ci il payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat dinlənilib və 2012-ci il yaz sessiyası üçün iş planının layihəsinə baxılıb.
davamı... |  |
Kənd və qəsəbə bələdiyyələrində “Yerli demokratiya həftəsi”
“Bizdə həmişə “açıq qapı”dır. “Qaynar xətt” isə mənim mobil telefonumdur, həmişə açıqdır, nə vaxt zəng edirlər, düşürlər”, – bunu Sabirabad rayonunun Muğan Gəncəli, Cəngən, Çiçəkli, Salmanlı kəndlərinin bələdiyyə sədri Qabil Əliyev 2011-ci ildə dekabrın 19-dan 25-ə kimi keçirilən “Yerli demokratiya həftəsi”ndən danışarkən dedi. davamı... |  |
Kənd inkişafı və bələdiyyənin bu prosesdə rolu
Ekspertlərə görə, yerli özünüidarə qurumları dövlət-hakimiyyət orqanlarından daha çox iş görə bilər
Azərbaycanda kənd və kəndli sanki unudulmuş təsiri bağışlayır. Kəndlərlə bağlı aparılan siyasəti təhlil etdikdə Azərbaycanın vətəndaşlarının yarıya qədərini kənd əhalisi təşkil edən bir ölkə olduğunu təsəvvür etmək belə çətinləşir. Kəndin inkişafı istiqamətində hər hansı xüsusi plan, fəaliyyət müşahidə edilmir. Bəs kənd inkişafı nədir? İnkişaf etmiş ölkələrdə bu necə baş verir? Nəhayət, yerli özünüidarə qurumlarının (bələdiyyələrin) bu prosesdə rolu nədən ibarət ola bilər?
davamı... |  |
Abşeron torpaqları hərraca çıxarılır
Son 2 il yarımda bələdiyyə torpaqlarının satışı üzrə keçirilən 3894 hərrac və müsabiqənin 2159-u təkcə Abşeron rayonunun payına düşür
Azərbaycanda bələdiyyə torpaqlarının hərrac və müsabiqə yolu ilə satışına dair mexanizmlərin tətbiqindən 3 il ötür. Ölkə başçısının sərəncamına əsasən, 2007-ci il dekabrın 1-dən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, icarəyə verilmə qaydalarına dəyişikliklər edilib. Belə ki, əvvəllər torpaqları bilavasitə bələdiyyələr satışa çıxarırdısa, sərəncamdan sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanun 9-cu maddəsində “bilavasitə” sözü çıxarılıb. Nəticədə, bələdiyyə torpaqlarının yalnız hərrac və ya müsabiqələr vasitəsilə mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qərara alınıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə 2009-cu ildən bu qaydaların tətbiqinə başlayıb. davamı... |  |
Aranın susuz kəndləri
Bölgənin rayon mərkəzində belə, əhalinin 50-60 faizə qədəri suyu ya pulla alır, ya da “kaçalka” suyu içir
“Yağış yağanda sevinirik ki, Allaha şükür, heyvanımızı, toyuq-cücəmizi gölməçələrə yığılan su ilə bir müddət dolandıra biləcəyik. Özümüz isə içməli suyu kəndin ortasındakı qaynamadan götürürük. Mən yaşımın bu çağında gündə 5-6 dəfə kəndin aşağısından gəlib, burdan su götürürəm”. 65 yaşlı Əminə xalanın yaşadığı Arazbarı kəndi Ağcabədi rayonunun ən ucqar, həm də içməli su təminatı olmayan onlarla yaşayış məntəqələrindən biridir. İlk baxışdan adamın inanmağı gəlmir – doğrudanmı, Azərbaycan kəndlərində su çatışmazlığı problemi nəinki insanları, hətta heyvanları belə təmin edə bilməyəcək qədər ciddidir?
davamı... | .jpg) |
Azərbaycan Dövlət Neft Şirkəti torpaqların qanunsuz verilməsi ilə bağlı bələdiyyələrə müraciət edib
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) şirkətə məxsus torpaqların bələdiyyələr tərəfindən qanunsuz olaraq vətəndaşlara ayrılması ilə bağlı 2007-ci ildən indiyədək bələdiyyələrə və onların fəaliyyətinə nəzarət edən qurumlara bir neçə dəfə müraciət edib. davamı... |  |
Demokratiyanı öyrədən həftələr...
Avropanın hər yerində keçirilən tədbirlərin Azərbaycandakı əks-sədası
Ötən il dekabrın sonunda Azərbaycanda “Yerli demokratiya həftəsi” keçirilib. Soruşacaqsız ki, məgər demokratiyanın da yerlisi, yabançısı olur? Əslində, söhbət yerli özünüidarə orqanları olan bələdiyyələr tərəfindən keçirilən tədbirlər planından gedir. davamı... |  |
Куда путь держим?
Насколько скажутся в деятельности муниципалитетов последние изменения в законодательство?
Последние изменения в муниципальное законодательство ведут к ограничению полномочий института самоуправления в Азербайджане. С таким заявлением в беседе с «Эхо» выступил эксперт общественного объединения Содействия экономическим инициативам Самир Алиев, комментируя, принятые в ходе осенней сессии Милли Меджлиса, изменения в муниципальное законодательство. По его мнению, еще в 1999 году, в период создания института самоуправления в Азербайджане и проведения выборов, у муниципалитетов было больше полномочий и финансовых возможностей, нежели сейчас. davamı... |  |
Bələdiyyələr ildən-iləölü qurumlara çevrilir
Yerli özünüidarə qurumları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər iikişafa gətirəcəkmi?
Ölkə parlamenti «Bələdiyyələrin statusu haqqında» qanuna dəyişikliklər etdi. Həmin dəyişikliyə uyğun olaraq daha 6 qanuna yenidən baxılaraq müəyyən əlavələr və dəyşikliklər edilib. Burada «Bələdiyyələrin statusu», «Bələdiyyələrin maliyyələşməsinin əsasları», «Bələdiyyə qulluğu», «Bələdiyyə torpaqlarının idarə edilməsi», «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət», «Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında əsasnamənin təsdiq edilməsi», «Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında» qanunlar daxildir. davamı... |  |
Təmiz su problemi
Ötən il dövlət başçısının sərəncamı əsasında ayrı-ayrı rayonlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manatdan çox vəsait ayrılıb. Kənd məntəqələrində sutəmizləyici qurğuların qurulması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. davamı... |  |
<< < 1 2 3 4 5 > >> |
| |
| ELANLAR |
Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı
region jurnalistləri üçün
yerli özünüidarə mövzusunda təlim keçirir.
Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. davamı
|
|
| EKSPERT RƏYİ |
Müstəmləkə arqumentləri - |  |
|
Rövşən AĞAYEV, İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini
Hakimiyyət uzun illərdir Bakıda seçkili mer institutunun yaradılması müzakirələrindən yayınır. Baxmayaraq ki, hələ 2003-cü ilin mayında Avropa Şurasının (AŞ) hökumətə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında” tövsiyə sənədində Bakı şəhərini dövlətin icra orqanlarının idarə etdiyi, amma bu funksiyaları sakinlərin səsi ilə formalaşan şuraya verilməsinin vacibliyi xüsusi vurğulanırdı.
davamı |
80% расходов ЖЭУ идет на зарплату - |  |
|
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"
При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности
За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги. davamı |
Qanundankənar “JEK”lər - |  |
|
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti
Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı
Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir. davamı |
|
|
|