Ana səhifə Biz kimik Sual-Cavab Əlaqə
      

SORĞU
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
Normal
Belə sayta çoxdan ehtiyac var
Mənim üçün fərqi yoxdur





















Mehdi Səlimzadə: “Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üçün reyestr çıxarışı almağa ehtiyac yoxdur”

“Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üçün reyestr çıxarışı almağa ehtiyac yoxdur”. Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib. M. Səlimzadə əvvəllər müvafiq çıxarışın tələb olunduğunu xatırladıb: “Lakin sonradan bizim mərkəz tərəfindən qanuna istinadən tövsiyə xarakterli məktub yazıldı ki, bu sənəd tələb olunmasın”.
davamı...



Komitə sədri və deputatlar bələdiyyələrin səlahiyyətini artırmaq təklifi verdilər

 “Hər şey bələdiyyələrin prinsipiallığından asılıdır. Bələdiyyələr istəyirlərsə heç kim onların işinə müdaxilə etməsin, səlahiyyətlərini mənimsəməsin, onda prinsipiallıq göstərməlidirlər”. “Media forum” saytının məlumatına görə, fevralın 7-də bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzənin müzakirəsində Milli Məclisin regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Arif Rəhimzadə belə deyib.


davamı...



Sutəmizləyici qurğular hansı qurumun balansındadır?

Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyində sutəmizləyici qurğuların fəaliyyətinə dair keçirilən iclasda nazir Hüseyn Bağırov qurğuların yenidən nazirliyin balansına qaytarıla biləcəyini deyib. Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi sutəmizləyici qurğuları quraşdırdıqdan sonra onların idarə olunmasını yerli bələdiyyələrə həvalə edib: “Lakin nədənsə, qısa müddətdə bəzi qurğular - su kranları yararsız hala salınır. Bələdiyyələrin və sakinlərin ögey münasibəti bizi məcbur etdi ki, qurğuları öz balansımızda saxlamaq üçün Nazirlər Kabinetinə müraciət edək. Hökumətin qərarına əsasən, qurğulara nəzarəti həyata keçirmək üçün ştat ayrıldı. Amma onlar yenə də bu qurğulara ciddi nəzarət edə bilmir”.
davamı...



Birinci qrup əlilin torpağı necə “dada gəldi”?

Buzovnada bələdiyyə üzvü I qrup əlil Sahib Xəlilovun torpaq sahəsinə yiyə çıxıb

Qanuni yolla torpaq sahəsi alan, lakin sahibi olduğu torpağın üzərində heç bir tikinti işi aparmayan vətəndaşların nəzərinə. Yenicə aldığınız torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirən kimi dərhal tikintiyə başlayın. Ən azından ərazini hasara alın, pulunuz və imkanınız çatdığı qədər tikinti materialları alıb torpaq sahəsinə tökün. Əks halda, nəyisə gözləmək sizin ziyanınıza ola bilər. Hətta başqaları torpağınıza sahib çıxa, bələdiyyə, icra hakimiyyəti sahibi olduğunuz torpağı başqalarına sata bilər. Neçə ki, belə bir iş Buzovna qəsəbə sakini Sahib Xəlilovun başına gəlib.

davamı...



Mərkəzi Aran regionun bələdiyyələrinin iştirakı ilə “Fövqəladə Hallarda Su Standartları”nın normaları müzakirə edilib

Aran Humanitar Regional İnkişaf İctimai Birliyi yanvarın 27-də Bərdə şəhərində “Fövqəladə Hallarda Su Standartları”nın normaları mövzusunda təlim keçirib. Təlimə Bərdə, Ağcabədi və Tərtər rayonlarından 23 bələdiyyə təmsilçisi qatılıb.


davamı...



Milli Məclisdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin hesabatı dinləniləcək

“Bələdiyyələrin qarşılaşdıqları əsas problemlər maliyyə vəsaitlərini toplaya bilməmələri ilə əlaqədardır. Məsələn, torpaq sahəsinin verilməsi ilə bağlı sənədlər təqdim edilmədiyi üçün bələdiyyələr mülkiyyətlərindəki torpaqlardan əmlak və torpaq vergisini toplaya bilmirlər”. APA-nın xəbərinə görə, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib.

davamı...



Milli Məclisin yaz sessiyasında “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsinin müzakirəsi planlaşdırılır

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda 2011-ci il payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat dinlənilib və 2012-ci il yaz sessiyası üçün iş planının layihəsinə baxılıb.

davamı...



Kənd və qəsəbə bələdiyyələrində “Yerli demokratiya həftəsi”

“Bizdə həmişə “açıq qapı”dır. “Qaynar xətt” isə mənim mobil telefonumdur, həmişə açıqdır, nə vaxt zəng edirlər, düşürlər”, – bunu Sabirabad rayonunun Muğan Gəncəli, Cəngən, Çiçəkli, Salmanlı kəndlərinin bələdiyyə sədri Qabil Əliyev 2011-ci ildə dekabrın 19-dan 25-ə kimi keçirilən “Yerli demokratiya həftəsi”ndən danışarkən dedi. 


davamı...



Kənd inkişafı və bələdiyyənin bu prosesdə rolu

Ekspertlərə görə, yerli özünüidarə qurumları dövlət-hakimiyyət orqanlarından daha çox iş görə bilər

Azərbaycanda kənd və kəndli sanki unudulmuş təsiri bağışlayır. Kəndlərlə bağlı aparılan siyasəti təhlil etdikdə Azərbaycanın vətəndaşlarının yarıya qədərini kənd əhalisi təşkil edən bir ölkə olduğunu təsəvvür etmək belə çətinləşir. Kəndin inkişafı istiqamətində hər hansı xüsusi plan, fəaliyyət müşahidə edilmir. Bəs kənd inkişafı nədir? İnkişaf etmiş ölkələrdə bu necə baş verir? Nəhayət, yerli özünüidarə qurumlarının (bələdiyyələrin) bu prosesdə rolu nədən ibarət ola bilər?


davamı...



Abşeron torpaqları hərraca çıxarılır

Son 2 il yarımda bələdiyyə torpaqlarının satışı üzrə keçirilən 3894 hərrac və müsabiqənin 2159-u təkcə Abşeron rayonunun payına düşür

Azərbaycanda bələdiyyə torpaqlarının hərrac və müsabiqə yolu ilə satışına dair mexanizmlərin tətbiqindən 3 il ötür. Ölkə başçısının sərəncamına əsasən, 2007-ci il dekabrın 1-dən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin satışı, icarəyə verilmə qaydalarına dəyişikliklər edilib. Belə ki, əvvəllər torpaqları bilavasitə bələdiyyələr satışa çıxarırdısa, sərəncamdan sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanun 9-cu maddəsində “bilavasitə” sözü çıxarılıb. Nəticədə, bələdiyyə torpaqlarının yalnız hərrac və ya müsabiqələr vasitəsilə mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qərara alınıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi isə 2009-cu ildən bu qaydaların tətbiqinə başlayıb.
davamı...



<<  <  1 2 3 4 5  >  >>
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

region jurnalistləri üçün

yerli özünüidarə mövzusunda təlim keçirir.

Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

davamı


EKSPERT RƏYİ
80% расходов ЖЭУ идет на зарплату
-
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"

При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности

За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги.

davamı

Qanundankənar “JEK”lər
-
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.
davamı