| SORĞU |
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
|
|
| |
|
Dövlət büdcəsindən bələdiyyələrə ayrılıan dotasiyaların həcmi 1,5 milyon manat artırıldı
|
Milli Məclisin dekabrın 6-da keçirilən iclasında 2012-ci ilin dövlət büdcəsi qəbul olunub. İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, dövlət büdcəsi zərfinə daxil olan sənədlər deputatların təkliflərindən sonra ətraflı müzakirə olunub. Ümumilikdə büdcənin xərclər hissəsi 87,6 milyon manat və ya 0,5% artırılaraq 17 milyard 072 milyon manata çatdırılıb.
Nazirin sözlərinə görə, artırılan xərc istiqamətlərindən biri də yerli özünüidarə qurumlarına ayrılan maliyyə yardımlarıdır. 2012-ci ildə dövlət büdcəsindən bələdiyyələrə verilən dotasiyaların həcmi 1,5 milyon manat artırılaraq 5 milyon manata çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 2007-ci ildən başlayaraq dövlət büdcəsindən bələdiyyələrə ayrılan dotasiyaların həcmi 3,5 milyon manat olub. Bələdiyyələrin ən çox dotasiya aldığı vaxt 2002-ci ilə təsadüf edib. Həmin ilin büdcədən ayrılan maliyyə yardımının həcmi 5 milyon manat olub. 2003-cü ildə isə 5 dəfə azaldılaraq 1 milyon manata endirilib. |
| Tarix: 07 Dekabr 2011 | Baxış sayı: 99 |
|
| |
| ELANLAR |
Jurnalistlərin nəzərinə!
Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı (BİNA)
martın 27-də saat 14.00-da Beynəlxalq Mətbuat Mərkəzində
Azərbaycanda bələdiyyələrin mövcud vəziyyətinin Avropa Şurasında müzakirəsinin nəticələrinə dair
mətbuat konfransı keçirir. davamı
|
|
| EKSPERT RƏYİ |
Müstəmləkə arqumentləri - |  |
|
Rövşən AĞAYEV, İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini
Hakimiyyət uzun illərdir Bakıda seçkili mer institutunun yaradılması müzakirələrindən yayınır. Baxmayaraq ki, hələ 2003-cü ilin mayında Avropa Şurasının (AŞ) hökumətə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında” tövsiyə sənədində Bakı şəhərini dövlətin icra orqanlarının idarə etdiyi, amma bu funksiyaları sakinlərin səsi ilə formalaşan şuraya verilməsinin vacibliyi xüsusi vurğulanırdı.
davamı |
80% расходов ЖЭУ идет на зарплату - |  |
|
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"
При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности
За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги. davamı |
Qanundankənar “JEK”lər - |  |
|
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti
Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı
Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir. davamı |
|
|
|