Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
AZƏRBAYCANDA YERLİ ÖZÜNÜİDARƏNİN MÖVCUD VƏZİYYƏTİ İLƏ BAĞLI RƏY
«Bələdiyyələrin inkişafi naminə” QHT Alyansı 2009-ci ilin may ayında Azərbaycanda yerli özünüidarənin inkişafı istiqamətində fəaliyyət göstərən QHT-lər tərəfindən təsis olunub. Alyansın əsas məqsədi yerli özünüidarə (bələdiyyə) sisteminin inkişafına dair mükəmməl strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi, bələdiyyələrin təşkilati, institusional potensialının gücləndirilməsi və inkişafı üçün bu sahədə fəaliyət göstərən milli QHT-lərin səmərəli əməkdaşlığına və fəaliyyətlərin əlaqələndirilməsinə nail olmaqdır. Alyansın missiyası əksmərkəzləşmənin və demokratik proseslərin inkişafına dəstək verməkdir.
«Bələdiyyələrin inkişafi naminə” QHT Alyansı 2009-ci ilin may ayında Azərbaycanda yerli özünüidarənin inkişafı istiqamətində fəaliyyət göstərən QHT-lər tərəfindən təsis olunub. Alyansın əsas məqsədi yerli özünüidarə (bələdiyyə) sisteminin inkişafına dair mükəmməl strategiyaların işlənib hazırlanması və həyata keçirilməsi, bələdiyyələrin təşkilati, institusional potensialının gücləndirilməsi və inkişafı üçün bu sahədə fəaliyət göstərən milli QHT-lərin səmərəli əməkdaşlığına və fəaliyyətlərin əlaqələndirilməsinə nail olmaqdır. Alyansın missiyası əksmərkəzləşmənin və demokratik proseslərin inkişafına dəstək verməkdir.Bələdiyyələrin hazırkı durumunu şərtləndirən başlıca səbəb ondan ibarətdir ki, hökumət zəruri əksmərkəzləşmə islahatları aparmayıb və bələdiyyələrin fəaliyyətini nizama salan bir sıra qanunların və normativ artların qəbulu ilə kifayətlənib. Mövcud qanunvericilik bazası isə yerli özünüidarəni səmərəli təşkil etmək və onu Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasının tələblərinə uyğunlaşdırmaq iqtidarında deyil. Bu səbəbdən də hazırda yerli özünüidarə sahəsində bir sıra mühüm problemlər qalmaqdadır. Rəy müəlliflərinin gəldiyi nəticəyə görə əsas problemlər aşağıdakılardır:
Yerli özünüidarə orqanlarının səlahiyyətləri məhduddur və bələdiyyələr Yerli Özünüidarə Haqqında Avropa Xartiyasının tələb etdiyi kimi tam və müstəsna səlahiyyətlərə malik deyillər.
Yerli idarəetmədə paralellik mövcuddur. Yerli idarəetmə həm yerli icra hakimiyyətləri, həm də bələdiyyələr tərəfindən həyata keçirilir. Bu qurumlar arasında səlahiyyətlərin dəqiq bölgüsü aparılmayıb. Bu isə səlahiyyətlərin toqquşmasına və yerli icra hakimiyyətləri tərəfindən bələdiyyələrin fəaliyyətinə əsassız müdaxilələrə səbəb olur;
Bələdiyyələrin maliyyə potensialı zəifdir. Bələdiyyələr dayanıqlı maliyyə mənbələrinə malik deyillər. 2009-cu ildə bütün ölkə üzrə bələdiyyələrin illik gəlirlərinin adambaşına düşən həcmi 3 manat olub. Bələdiyyələr onlar üçün nəzərdə tutulmuş gəlir mənbələrindən tam istifadə edə bilmirlər. Çünki həmin mənbələrin bir çoxu bələdiyyələrin böyük əksəriyyətində yoxdur və vergitutma mexanizmləri təkmil deyil. Bələdiyyələrə dövlət tərəfindən verilən transfertlərin həcmi cüzidir. 2009-cu ilin dövlət büdcəsində bütün ölkə üzrə bələdiyyələrə cəmi 3,4 milyon manat əvəzsiz maliyyə yardımı ayrılıb. İndiyə qədər bələdiyyələrə məqsədli transfertlər verilməyib.
Bələdiyyələr indiyədək inzibati binalar da daxil olmaqla ya bilavasitə əmlaklarını, ya da öz əmlaklarına mülkiyyət hüququnu təsdiq edən sənədləri ala bilməyiblər. Azərbaycanda bələdiyyə institutunun yaradılmasından 10 il keçməsinə baxmayaraq hələ də əksər bələdiyyənin inzibati binası yoxdur. Kənd bələdiyyələrinin böyük qisminin mərkəzi aparatı müvəqqəti olaraq həmin kəndə yerləşən icra nümayəndəliyinin binasında bir neçə otaqa yerləşib.
Bələdiyyələrin kadr potensialı zəifdir. Bələdiyyələrin yerli əhəmiyyətli məsələlər üzrə effektiv və çevik qərarların qəbulu və icrasını təmin edə biləcək hazırlıqlı kadrları azdır. Bunun başlıca səbəbi bələdiyyə kadrlarının hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması sisteminin olmamasıdır.
Bələdiyyə birliklərinin fəaliyyəti zəifdir. Bələdiyyələrin 3 milli assosiasiyasının (şəhər, kənd, qəsəbə) yaradılmasına baxmayaraq onlar bələdiyyələrin maraqlarının müdafiəsi, yerli özünüidarə ilə bağlı təkmil konsepsiya və strategiyaların irəli sürülməsi sahəsində nəzərəçarpacaq fəaliyyət göstərmirlər;
Azərbaycanda bələdiyyələrin fəaliyyəti üzərində nəzarətin müxtəlif formaları tətbiq olunur. Lakin həmin formaların təhlili onu deməyə əsas verir ki, hələ bu formaları bələdiyyə qurumlarının fəaliyyətinin səmərəli təşkili baxımından təkmil hesab etmək olmaz. İstər bələdiyyədaxili nəzarətin, istərsə də ictimai nəzarətin təşkli sahəsində ciddi problemlər mövcuddur. Dövlət orqanları tərəfindən həyata keçirilən nəzarətə gəlincə isə bu sahədə də problemlər var. Problemin əsasında bələdiyyələrin fəaliyyətinə dövlət orqanları tərəfindən həyata keçirilən nəzarətin sərtləşdirilməsi və bir qədər də mürəkkəbləşdirilməsi tendensiyası durur. Bələdiyyələrin parlament qarşısında hesabatlılğını nəzərdə tutan konstitusiya dəyişikliyi bu tendensiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Bakı və Gəncə kimi böyük şəhərlərdə vahid bələdiyyənin olmaması yerli özünüidarənin səmərəliliyini aşağı salır. Xüsusilə Bakının paytaxt statusunun tanınmaması və ona özünüidarə hüququnun verilməməsi şəhər idarəçiliyində çoxsaylı problemlərə gətirib çıxarır.
2009-cu il dekabrın 23-də Azərbacanda bələdiyyələrə növbəti seçkilər keçirildi. Bu mühüm hadisə bələdiyyə seçkilərinə marağın azlığı və seçici fəallığının aşağı olması ilə yadda qaldı. Hakim Yeni Azərbaycan Partiyası bütün ölkə bələdiyyələrinə seçkilərdə qalib gələn yeganə partiya oldu. Təkpartiyalılığın yeri demokratiyanın və bələdiyyə sisteminin gələcək inkişafına mənfi təsiri ola bilər.
Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.
При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности
За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги.
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti
Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı
Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.