Ana səhifə Biz kimik Sual-Cavab Əlaqə
      

SORĞU
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
Normal
Belə sayta çoxdan ehtiyac var
Mənim üçün fərqi yoxdur





















Yerli özünüidarənin mövcud vəziyyəti və inkişaf istiqamətləri

Aprelin 24-də “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansı “Yerli özünüidarənin mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda konfrans keçirib. Konfransda müvafiq dövlət orqanlarının, bələdiyyələrin milli assosiasiyalarının, beynəlxalq təşkilatların, bələdiyyələrin, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan “Vətəndaş cəmiyyəti uğrunda” Mərkəzin direktoru Eldar Ismayılov konfransın məqsədlərindən danışdı. O bildirdi ki, konfrans Böyük Britaniyanın Oxfam təşkilatının dəstəklədiyi layihə çərçivəsində “Aran” Regional Humanitar Təşkilatı ilə birgə təşkil olunub. “Konfransın keçirilməsində başlıca məqsəd yerli özünüidarə sisteminin 10 illik fəaliyyəti və gələcək inkişaf istiqamətləri ilə bağlı səmərəli fikir mübadiləsi aparmaqdır. Bizim Alyans yerli özünüidarənin mövcud vəziyyəti ilə bağlı rəy tərtib edib. Rəydə Alyansın yerli özünüidarənin inkişafına yönəlik təklifləri də öz əksini tapıb. Bugünkü təqdimatlar da əsasən həmin rəy çərçivəsində hazırlanıb” deyən E.İsmayılov sözü Alyansın koordinatoru Abil Bayramova verdi. 

Abil Bayramov  “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansının həyata keçirdiyi tədbirlər və gələcək fəaliyyət istiqamətləri haqqında danışdı: “Alyans 2008-2012-ci illər üçün öz fəaliyyətinin strateji istiqamətlərini müəyyənləşdirib. Üç əsas istiqamət müəyyən olunub: bələdiyyələrin fəaliyyətinin hüquqi bazasının inkişafı, bələdiyyələrin maliyyə-iqtisadi potensialının gücləndirilməsi və bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi. Hər üç istiqamət üzrə konkret vəzifələr müəyyənləşdirilib. Biz indiyə qədər fəaliyyət istiqamətlərimizə uyğun olaraq bir sıra tədbirlər həyata keçirmişik və hazırda bələdiyyə idarəetməsinin təkmilləşdirilməsi istiqamətində bir neçə siyasət sənədi hazırlayırıq”.

Sonra “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov “Yerli idarəetmənin sistemi və bələdiyyələrin statusu” mövzusunda çıxış etdi. O, bələdiyyələrin statusunun hələ də qeyri-müəyyən olduğunu bildirdi. “Yerli idarəetmədə paralellik mövcuddur. Yerli idarəetmə həm dövlət orqanları kimi yerli icra hakimiyyətləri, həm də qeyri-dövlət orqanları kimi bələdiyyələr tərəfindən həyata keçirilir. Bu qurumlar arasında səlahiyyətlərin dəqiq bölgüsü aparılmayıb. Bu isə səlahiyyətlərin toqquşmasına və yerli icra hakimiyyətləri tərəfindən bələdiyyələrin fəaliyyətinə əsassız müdaxilələrə səbəb olur. Dövlət yerli idarəetmədə real səlahiyyətləri və əhəmiyyətli dəstəyi yerli icra hakimiyyətlərinə verir” deyən M. Hüseynov Alyansın təkliflərini səsləndirdi.

“Bələdiyyələrin maliyyə resursları” mövzusunda “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin sədr müavini Rövşən Ağayev çıxış etdi. O, bələdiyyələrin maliyyə resurslarının olduqca məhdud olduğunu və keyfiyyətli fəaliyyət üçün yetərsiz olduğunu bildirdi: “Bələdiyyələrin maliyyə potensialı zəifdir. Bələdiyyələr dayanıqlı maliyyə mənbələrinə malik deyillər. 2008-ci ildə bütün ölkə üzrə bələdiyyələrin illik gəlirlərinin adambaşına düşən həcmi 4, 19 manat olub. Bələdiyyələr onlar üçün nəzərdə tutulmuş gəlir mənbələrindən tam istifadə edə bilmirlər. Çünki həmin mənbələrin bir çoxu bələdiyyələrin böyük əksəriyyətində yoxdur və vergitutma mexanizmləri təkmil deyil. Bələdiyyələrə dövlət tərəfindən verilən transfertlərin həcmi cüzidir (2009-cu ilin dövlət büdcəsində bütün ölkə üzrə bələdiyyələrə cəmi 3,5 manat dotasiya ayrılması nəzərdə tutulub, 2008-ci ildə də eyni həcmdə dotasiya ayrılıb). İndiyə qədər bələdiyyələrə məqsədli transfertlər (subsidiya və subvensiyalar) verilməyib”.

Konfransda növbəti təqdimat “Bələdiyyələrin ölçüləri: 9 illik təcrübədən doğan nəticələr” mövzusunda oldu. Mövzu üzrə çıxış edən “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyinin eksperti Samir Əliyev bələdiyyələrin sayının optimallaşdırılması zərurətindən danışdı: “Bələdiyyələr həddindən artıq kiçikölçülüdürlər. Azərbaycanda əhalinin hər yüz min nəfərinə 34 bələdiyyə düşür. Bələdiyyələrin kiçikölçülü olması resursları parçalayır, inzibati xərcləri artırır və səlahiyyətlərin həyata keçirilməsini çətinləşdirir”.

Konfransda iştirak edən Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü Tahir Rzayev Yerli özünüidarənin təkmilləşdirilməsinə yönəlik gözlənilən qanunvericilik islahatlarıhaqqında məlumat verdi.

 Tədbirdə “Aran” Regional Humanitar Təşkilatının rəhbəri Rauf Əliyev təmsil etdiyi təşkilatın timsalında QHT-bələdiyyə əməkdaşlığının əhəmiyyətindən və əməkdaşlığın perspektivlərindən danışdı.

Konfransda iştirak edən bələdiyyələrin milli assosiasiyalarının, bələdiyyələrin, dövlət orqanlarının təmsilçiləri təmsil etdikləri qurumların yerli özünüidarə islahatlarına və bu sahədə Alyansla əməkdaşlıq imkanlarına münasibətini bildirdilər.
Tarix: 01 May 2009  |  Baxış sayı: 728


ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

region jurnalistləri üçün

yerli özünüidarə mövzusunda təlim keçirir.

Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

davamı


EKSPERT RƏYİ
80% расходов ЖЭУ идет на зарплату
-
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"

При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности

За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги.

davamı

Qanundankənar “JEK”lər
-
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.
davamı