Ana səhifə Biz kimik Sual-Cavab Əlaqə
      

SORĞU
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
Normal
Belə sayta çoxdan ehtiyac var
Mənim üçün fərqi yoxdur





















“Bələdiyyələrin böyüdülməsi mexanizmləri” mövzusunda dəyirmi masa keçirildi

Noyabrın 27-də kaspian Plazanın konfrans zalında “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansı “Bələdiyyələrin böyüdülməsi mexanizmləri” mövzusunda dəyirmi masa keçirdi. Tədbirdə dövlət orqanlarının, bələdiyyələrin, bələdiyyələrin milli assosiasiyalarının, beynəlxalq təşkilatların təmsilçiləri, QHT və KİV nümayəndələri, müstəqil ekspertlər və s. iştirak edib.

“Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansının koordinatoru  Abil Bayramov Alyans haqqında məlumat verərək bildirdi ki, Alyans yerli özünüidarə sahəsində fəaliyyət göstərən yerli QHT-lərin yerli özünüidarə sisteminin inkişafı istiqamətində öz səylərini birləşdirmək məqsədi ilə təsis olunub. Onun əsas məqsədlərindən biri də üzv təşkilatların bələdiyyələrin gücləndirilməsi istiqamətindəki təşəbbüslərinin dəstəklənməsidir. O, bugunku tədbirin də məhz bu məqsədlə keçirildiyini bildirdi.

Dəyirmi masada Alyansa üzv olan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin hazırladığı“Azərbaycanda bələdiyyələrin birləşdirilməsi mexanizmləri: könüllülük prinsipindən inzibati rıçaqlara doğru” adlı siyasət sənədini təşkilatın eksperti Samir Əliyev təqdim etdi.

S. Əliyev bələdiyyələrin kiçikölçülü olması və sayının çoxluğunun doğurduğu problemlər, bələdiyyələrin birləşdirilməsini zəruri edən səbəblər, bələdiyyələrin böyüdülməsinin alternativ mexanizmləri haqqında danışdı. Ekspert bildirdi ki, siyasət sənədinin müəllifləri hökumətə bələdiyyələrin inzibati ərazi vahidi əsasında birləşməni tövsiyə edir: «Hökumət bu mexanizmi seçərsə, bələdiyyələrin sayı 2 dəfəyədək azala bilər. Məsələn, Xaçmaz, Bərdə və İsmayıllı rayonlarında tədqiqat aparmışıq. Bu mexanizm nəticəsində bərdədə bələdiyyələr 3 dəfə, İsmayıllıda 2 dəfə, Xaçmazda isə 2,5 dəfə azalacaq. Təkcə bu üç rayon üzrə bələdiyyələırin sayını 247-dən 95-ə endirmək mümkündür».

Milli Məclisin üzvü Tahir Rzayev, Yasamal bələdiyyəsi sədrinin müavini Əli Əkbərli, ekspert Ələsgər Məmmədli və digər çıxışçılar da bələdiyyələrin inzibati ərazi dairələri üzrə birləşdirilməsi təklifini dəstəklədilər. Konstitusiya Araşdırmaları Fondunun Prezidenti Əliməmməd Nuriyev inzibati ərazi dairələri üzrə birləşdirmənin pilot qaydada tətbiqi təklifini irəli sürdü.

Tədbir iştirakçılarının yekdil rəyi ondan ibarət oldu ki, bələdiyyələrin birləşdirilməsi zəruridir, birləşdirmənin könüllülük prinsipi saxlanılmaqla inzibati rıçaqlardan istifadə olunması daha məqsədəuyğundur.
Tarix: 29 Aprel 2009  |  Baxış sayı: 639


ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

region jurnalistləri üçün

yerli özünüidarə mövzusunda təlim keçirir.

Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.

davamı


EKSPERT RƏYİ
80% расходов ЖЭУ идет на зарплату
-
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"

При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности

За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги.

davamı

Qanundankənar “JEK”lər
-
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.
davamı