Aran Humanitar Regional İnkişaf İctimai Birliyi yanvarın 27-də Bərdə şəhərində “Fövqəladə Hallarda Su Standartları”nın normaları mövzusunda təlim keçirib. Təlimə Bərdə, Ağcabədi və Tərtər rayonlarından 23 bələdiyyə təmsilçisi qatılıb.
“İctimai xidmətlərin (təmiz su təhcizatı) çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında iyirmi bələdiyyənin texniki və bilik imkanlarının artırılması” layihəsi çərçivəsində həyata keçirilən təlimdə məqsəd bələdiyyələrin və bələdiyyə Su departamentləri üzvlərinin fövqəladə hallarda su standartları və bələdiyyələrin su təsərrüfatlarının idarəetməsi haqqında məlumatlılığın artırılması olmuşdur.
Təlimdə iştirakçılara su standartları, fövqəladə hallarda su obyektlərinin istifadə növləri, Bələdiyyənin su təsərrüfatı və su obyekt-subyektləri arasında münasibətlər, bələdiyyə su təsərrüfatlarının məsuliyyəti ilə bağlı müzakirələr aparılıb, su idarəetməsi sahəsində bələdiyyələrin real təcrübələri, qanunvericilikdə bələdiyyənin səlahiyyətləri nəzərdən keçirilib.
Təlim zamanı bələdiyyə su təsərrüfatlarının hesabatlılığı, fövqəladə hallarda əhalinin standartlara müvafiq içməli su təminatında məsuliyyət və şəffaflıq prinsipləri də vurğulanmış, bələdiyyə (həmçinin Bələdiyyə su təsərrüfatlarında) fəaliyyətində istehlakçılarla uğurlu ünsiyyətin qurulmasında bunun vacib faktor olduğu qeyd edilib.
Təlim iştirakçılarına Su standartları, Beynəlxalq Humanitar Xartiyanın müvafiq maddələri, həmçinin mövzuyala bağlı digər paylama materialları informasiya yaddaşı olaraq təqdim edilib.
Təlim zamanı bələdiyyələrə tövsiyə olunub ki, fövqəladə hallar zamanı içməli su təzhizatının yaxşılaşdırılması, əhalinin fövqəladə hallar zamanı məlumatlılıq səviyyəsinin artırılması, gigeyenik normalara nəzarət və s. məsələlər mühüm əhəmiyyət kəsb edir.
Ümumi müzakirə, qrup işləri və digər interaktiv metodların istifadə olunduğu təlimdə iştirakçılar öz təcrübələrini paylaşmış, su idarəetməsi növlərinin risklərini və uğurlu formalarının nəticələrini analiz ediblər.
Təlim Oxfam Beynəlxalq təşkilatı və Avropa Birliyinin maliyyə dəstəyi ilə “İctimai xidmətlərin (təmiz su təhcizatı) çatdırılmasında Mərkəzi Aran-Qarabağ zonasında iyirmi bələdiyyənin texniki və bilik imkanlarının artırılması” layihəsi çərçivəsində təşkil olunub.
|