| SORĞU |
Saytımızın ilk versiyasını necə qiymətləndirirsiniz?
|
|
| |
|
Azərbaycan Dövlət Neft Şirkəti torpaqların qanunsuz verilməsi ilə bağlı bələdiyyələrə müraciət edib
|
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) şirkətə məxsus torpaqların bələdiyyələr tərəfindən qanunsuz olaraq vətəndaşlara ayrılması ilə bağlı 2007-ci ildən indiyədək bələdiyyələrə və onların fəaliyyətinə nəzarət edən qurumlara bir neçə dəfə müraciət edib.
«APA-ECONOMICS»in məlumatına görə, bunu ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib: «Ədliyyə Nazirliyinə də müraciət etmişik, çünki onların bələdiyyələrlə iş departamenti var. Onların fəaliyyətini istiqamətləndirir». Nəticədə, hazırda bir çox bələdiyyə belə qərarlardan çəkinir: «Çox vaxt bizim rast gəldiyimiz qərarlar əvvəlki dövrlərdə verilən sənədlərdir».
Hüquq İdarəsinin rəisi E.Orucovun sözlərinə görə, əvvəllər ARDNŞ qanunsuz tikililərlə bağlı məhkəmə iddialarını şirkətin torpaq sahələrini qanunsuz olaraq vətəndaşlara ayıran bələdiyyələrə qarşı qaldırsa da, sonradan qanunvericiliyə uyğun olaraq bu iddialar vətəndaşlara qarşı yönəldilib: «Məhkəmələrin haqlı tələbləri nəticəsində iddialarımızı vətəndaşlara yönəltməli olduq». Amma iddia qaldırılanda birgə cavabdeh kimi qanunsuz qərar qəbul etmiş bələdiyyələr də qeyd olunur.
|
| Tarix: 13 Yanvar 2012 | Baxış sayı: 25 |
|
| |
| ELANLAR |
Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı
region jurnalistləri üçün
yerli özünüidarə mövzusunda təlim keçirir.
Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. davamı
|
|
| EKSPERT RƏYİ |
Müstəmləkə arqumentləri - |  |
|
Rövşən AĞAYEV, İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini
Hakimiyyət uzun illərdir Bakıda seçkili mer institutunun yaradılması müzakirələrindən yayınır. Baxmayaraq ki, hələ 2003-cü ilin mayında Avropa Şurasının (AŞ) hökumətə ünvanladığı “Azərbaycanda yerli və regional demokratiya haqqında” tövsiyə sənədində Bakı şəhərini dövlətin icra orqanlarının idarə etdiyi, amma bu funksiyaları sakinlərin səsi ilə formalaşan şuraya verilməsinin vacibliyi xüsusi vurğulanırdı.
davamı |
80% расходов ЖЭУ идет на зарплату - |  |
|
Дж.ХАЛИЛОВ, завотдел экономики газета "Эхо"
При этом, по словам представителей исполнительной власти Баку, жилищно-эксплуатационные управления не составляют отчеты о своей деятельности
За последние 6 лет из госбюджета на финансирование деятельности жилищно-эксплуатационных управлений (ЖЭУ) в Азербайджане было потрачено 68,42 млн. манатов. Только в 2010 году правительство выделило ЖЭУ 15,86 млн. манатов. И, судя по всему, никто даже не спрашивает о том, куда идут деньги налогоплательщиков. За 20 лет независимости ни разу не была обнародована информация о том, чем занимаются ЖЭУ, на что тратят государственные деньги. davamı |
Qanundankənar “JEK”lər - |  |
|
Samir Əliyev, İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti
Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı
Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir. davamı |
|
|
|